Dünya çempionu Ümüd Ağayevlə görüş
5 Mart Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş "Fəxri idmançılarımız" adlı tədbir keçirildi. Tədbirdə "Kinqboks" idman növü üzrə İkiqat Dünya çempiono, Avropa çempionu, dəfələrlə Respublika çempionu olmuş Ümüd Ağayev, məktəbin nailiyyətlər qazanmış idmançı şagirdləri və idman həvəskarı olan şagirdləri iştirak etdilər. Ümüd Ağayev idmanın insanın həyatındakı rolundan, peşəkar idmançı olmağın yollarından, "Kinqboks" idman növünün sirlərindən "Master dərs" apardı. Uğur hekayəsindən danışdı. Nailiyyətləri olan idmançı şagirdlərimizlə tanış oldu. Tədbirdə idmançı şagirdlərimiz qürurla idman fəndlərini və hərəkətlərini nümayiş etdirdilər. Ümüd Ağayev sonda onlara xatirə şəkli çəkdirdi.