İngilis dilində yeni il şənliyi

30. 12. 2016-cı il tarixində rus bölməsinin V, VI, IX, X sinif şagirdləri ingilis dili müəllimi Zümrüd Əliyevanın rəhbərliyi ilə yeni il şənliyi keçirdilər. İngilis dililndə təşkil olunmuş şənlik Azərbaycanın Dövlət himninin səslnəməsi ilə başladı. Sonra şagirdlər 20-dən artıq xarici dildə tədbir iştirakçılarını salamladılar. Şagirdlər həm əyləndilər, həm də ingilis dilində danışıq bacarıqlarını nümayiş etdirdilər. Uşaqlar ingilis dilində mahnılar, şeirlər səsləndirdilər və səhnəciklər ifa etdilər. Onların gözəl ifaları muəllimlərdə, valideynlərdə və şənliyə toplaşan digər iştirakçılarda xoş təəssürat oyatdı.