Musiqi ruhumuzun qidasıdır

28. 12. 2016-cı il tarixində 8b sinif şagirdləri sinif rəhbəri Aybəniz İbrahimovanın rəhbərliyi ilə "Musiqi ruhumuzun qidasıdır" ı layihə təqdim etdilər. Şagirdlər müxtəlif musiqi janrlarına aid təqdimatlar hazırlamışdılar. Onlar layihədə ölkəmizin dünayaya səs salan musiqiçilərindən, musiqi alətlərindən çox böyük həvəslə söhbət açdılar. Həmçinin mənfur düşmənlərin özünküləşdirdiyi musiqilərimiz və yad planetdən səsi gələn mahnılarımızdan da danışdılar. Layihədə müxtəlif musiqi janrları səsləndirildi.