Şagird davranış qaydaları

Ümumi təhsil müəssisəsində şagird davranış qaydalarının tətbiqi istiqamətində 20 fevral-24 fevral aralığında ilkin hazırlıq işləri görüldü: məktəb heyəti pedaqoji şura iclasında müvafiq Sənədlə tanış edildi; Nizam-İntizam Şurasının tərkibi müəyyənləşdirildi; sinif təşkilat saatlarında sinif rəhbərləri və sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçı, psixoloqlar vasitəsilə şagirdlər "Şagird davranış qaydaları və davranış səviyyələri" ilə tanış oldular; məktəb rəhbərliyi valideynlərlə görüş keçirib, bu Sənədin davranış qaydaları və qayda pozuntularının ağırlıq dərəcəsi ilə onlar məlumatlandırdılar; sinif otaqlarında və məktəbin dəhlizində şagird davranış qaydaları asıldı; sinif davranış jurnalları hazır vəziyyətə gətirildi.

Məqsəd əlverişli öyrənmə mühiti, fiziki təhlükəsizlik, psixoloji sağlamlıq yaratmaq, Azərbaycanın milli-mənəvi dəyərlərini əks etdirən müvafiq məktəb mühiti formalaşdırmaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi