Xocalı soyqırımı – 31 il
Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş "Xüsusi dərs"lər və sinif təşkilat saatları keçirildi. Müəllimlər şagirdlərə Xocalı soyqırımının 1992-ci ildə fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının köməkliyi ilə soyqırımı məqsədilə əliyalın insanlara qarşı törədildiyi barədə məlumat verdilər. Şagirdlər bu tarixi faciə haqda oxuduqlarını və bildiklərini paylaşdılar. Məqsəd şagirdlərimizə tariximizi öyrətmək, onlara vətənpərvərlik hissləri aşılamaqdır.