Riyaziyyat və informatika fənləri üzrə layihə

26. 12. 2016- cı il tarixində məktəbin riyaziyyat və informatika müəllimləri tərəfindən hazırlanmış layihə təqdim olundu. Layihədə V-VIII sinif şagirdləri iştirak edirdilər. Şagirdlər görkəmli riyaziyyatçılar və dünya şöhrətli alim Lütfi Zadənin həyat və yaradıcılığı haqqında geniş məlumat verdilər. Daha sonra viktorinada iştirak edərək riyaziyyat və informatika fənləri üzrə sualları cavablandırdılar. Layihə iştirakçıları uşaqların ifasında səslənən şeir, mahnı və rollu oyunları çox bəyəndilər. Sonda komandalara müxtəlif dərəcəli diplomlar təqdim olundu.