"Qadınların elmdə xüsusi çəkisi: Yeni imkanlar və perspektivlər" adlı konfrans keçirildi

Fevralın 13-də Məktəb Kiçik Akademiyanın AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) və İdarəetmə Sistemləri İnstitutu (İSİ), Biofizika İnstitutu və Radiasiya Problemləri İnstitutunun gənc alimləri ilə "Beynəlxalq Qadınlar və Qızlar Elmdə Günü"nə həsr olunmuş "Qadınların elmdə xüsusi çəkisi: Yeni imkanlar və perspektivlər" adlı konfrans keçirildi.

Konfransın məqsədi qadınlar və qızların elmdə iştirakını təşviq etmək, onların elm və texnologiyanın inkişafındakı rolunun əhəmiyyətini vurğulamaq idi.

İlk öncə Türkiyədə baş vermiş zəlzələdə həyatını itirənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Sonra konfransın açılış çıxışı üçün söz 247 nömrəli tam orta məktəbin direktoru Sitarə Abbasovaya verildi.

Daha sonra konfransda öz uğurlu elmi fəaliyyəti ilə fərqlənən gənc alimlər - ŞAR GAMŞ-ın sədr müavini Aysel Rüstəmova "Azərbaycan tarixinə işıq saçan qadınlar", İSİ GAMŞ-ın sədri Lamiyə Nəcəfova "İKT sahəsi və qadınların elmdə müstəsna rolu", Biofizika İnstitutu GAMŞ-ın sədri Mətanət Baxışova "Nobel mükafatı laureatı qadınlar" və ŞAR GAMŞ-ın sədri Aynurə Həsənova "Kosmosu fəth edən qadınlar" mövzusunda maraqlı çıxışlar etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi