Şagirdlərə sertifikatlar təqdim olundu

23. 12. 2016-cı il tarixində məktəbin müxtəlif sinif şagirdlərinə Beynəlxalq Bebras (Qunduz) müsabiqəsinin və eyni zamanda məktəbimizdə keçirilən "Qızıl Payız" sərginin sertifikatları təqdim olundu. Online keçirilən Qunduz müsabiqəsində şagirdlərin alqoritmik təfəkkürləri yoxlanılmışdır. Artıq 3-cü ildir ki, bu müsabiqəyə qoşulmuşuq. Həqiqətən də, müsabiqə şagirdlərin böyük marağına səbəb olmuşdur. Həmçinin "Qızıl Payız" sərgisində də şagirdlər öz bacarıqlarını nümayiş etdirdilər. Onlar yarpaqlardan müxtəlif kompozisiya və maketlər düzəltmiş, ekibanalar yaratmışlar. Əl işlərinin düzəldilməsində şagirdlərə məktəbin təsviri incəsənət müəllimi Xədicə Əzimova yaxından kömək etmişdir. Məktəbin direktoru Nihal Hacıyeva şagirdləri təbrik etmiş və onlara sertifikatları təqdim etmişdir.