30 yanvar – şəhid Abdulla Rəhimovun anım günüdür
Bakı şəhəri 247 nömrəli tam orta məktəbin adını daşıdığı Rəhimov Abdulla Rəhim oğlunun 30 yanvar 1994-cü il tarixində Ağdərə uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olduğu gündür.
Abdulla Rəhimov 06.12.1958-ci ildə Bakıda anadan olmuşdur.
1991-1994-cü illərdə Birinci Qarabağ müharibəsində könüllü olaraq Fuzuli, Şuşa, Laçın, Qubadlı, Ağdam, Goranboy, Ağdərə və Tərtər uğrunda gedən döyüşlərdə iştirak etmişdir.13. 04. 1992-ci ildən 776 nömrəli Xüsusi Təyinatlı Hərbi Hissənin qrup komandiri vəzifəsində olduğu müddətdə 9 may 1992-ci ildə Şuşada, Laçında vəziyyət ağır olduğu vaxtda döyüşə getmək əmrini almışdır.
11 may 1992-ci ildə Şuşanın Zarıqlı, Tursoy kəndi uğrunda gedən döyüşlərdə öz dəstəsi ilə düşmənə qarşı güclü müqavimət göstərmiş, kiçik bir qrupla düşmənin arxasına keçərək kəşfiyyat işləri aparmış, eyni zamanda düşmənin İPDM-in 10-15 nəfərə yaxın canlı qüvvəsini məhv etmiş, qayıdarkən mühasirəyə düşmüş və onun yüksək bacarığı nəticəsində qrup mühasirədən çıxmışdır.
29 may 1992-ci ildə reyd dəstəsində adı dəyişdirilib, Əlahiddə kəşfiyyat batalyonu adını almışdır. Füzuli bölgəsində bir çox döyüş əməliyyatlarında iştirak etmiş və bölük komandiri vəzifəsini icra etmişdir. Beyləsi kəndi, Qovşadlı kəndi, Məngəlmaqa yüksəkliyi uğrunda gedən döyüşlərdə rəhbərlik etdiyi bölük düşmənlə dəfələrlə açıq döyüşlərə girmiş və düşmənin tankını, şəxsən özü 30-35 nəfərə yaxın canlı qüvvəsini məhv etmiş, axırıncı döyüş bölgəsi olan Tərtər, Ağdərə bölgəsində 1994-cü ilin yanvar ayında Gödəkburun, Jezniqumer, Qlobus yüksəkliyi uğrunda gedən döyüşlərdə misli görünməyən qəhrəmanlıqlar göstərmiş, düşmənlərin bir çox mövqelərini darmadağın edərək erməni quldurlarının cəsədləri üzərindən özü qabaqda gedərkən düşmən gülləsinə tuş gələrək 1994-cu il yanvarin 30-da Ağdərə uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
Abdulla Rəhimov ölümündən sonra Bakı şəhəri, 9 oktyabr 1994-cü il 218 №-li fərmanı ilə "Azərbaycan Bayrağı ordeni" ilə təltif edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 124 №-li qərarına əsasən Nəsimi rayonu 247 №-li tam orta məktəbə Abdulla Rəhim oğlu Rəhimovun adı verilmişdir.