20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş "Ülvi hisslərin azadlıq nəğməsi" adlı tədbir keçirildi
Tədbirdə Nəsimi Rayonu İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, şəhid ailələri, qazilər, rayon ictimaiyyəti və məktəb heyəti iştirak etdilər.
Tədbir Dövlət Himni ilə açıq elan edildi. Səhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla anıldı. 20 Yanvar tarixi faciəsi, bu faciəyə ümummilli lider Heydər Əliyevin verdiyi siyasi qiymət barədə məlumatlar verildi. Şagirdlərimizin ifasında ədəbi-bədii kompozisiyalar təqdim edildi. 33 ildə əldə etdiyimiz uğurlardan, dövlətimizin inkişafından, ordumuzun şücaətindən, işğaldan azad olan torpaqlarımızdan, şəhidlərimizin və qazilərimizin igidliyindən bəhs edən səhnəciklər göstərildi. Şəhid ailə üzvlərinə şagirdlərimizin əl işlərindən ibarət "Xarı bülbül" kompozisiyası təqdim edildi.
İcra başçısı Asif Əsgərov tədbirin sonunda əhatəli çıxış etdi, vətən sevgisinin ülviliyindən, vətəndaş borcundan, dövlət və xalq birliyindən danışdı.Tədbirin təşkilində əməyi olanlara təşəkkürünü bildirdi.
Məqsəd vətənpərvərlik tərbiyəsinin aşılanması oldu.