Nağıllar aləminə səyahət

19. 12. 2016 -cı il tarixində məktəbin 5b sinif şagirdlərinin "Nağıllar aləminə səyahət" layihəsinin təqdimatı oldu. Azərbaycan dili və ədəbiyyat müəllimi Yeganə Abbasovanın rəhbərliyi ilə hazırlanan layihənin təqdimatı çox maraqlı keçdi. Şagirdlər müxtəlif nağıl qəhrəmanlarını canlandıraraq onların maraqlı obrazlarını təqdim etdilər. Uşaqların ifa etdikləri mahnı və rəqslər təqdimatı daha əyləncəli və maraqlı etdi. Sonda məktəbin direktoru Nihal Hacıyeva çıxış edərək şagirdləri maraqlı çıxışlarına görə təbrik etdi və onlara yeni-yeni uğurlar arzuladı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi