7-ci sinif şagirdlərinin "Azərbaycanın dərman bitkiləri " haqda layihəsi

17. 12. 2016-cı il tarixində məktəbin 7a və 7b sinif şagirdləri biologiya müəllimi Gülnaz Mirzainin rəhbərliyi ilə "Azərbaycanın dərman bitkiləri" haqqında geniş bir layihə üzrə təqdimat etdilər. Layihəni hazırlayarkən şagirdlər müstəqil tədqiqat apararaq doğma diyarımızın təbitəini öyrənmış, Azərbaycanın zəngin dərman bitkiləri haqda məlumatlar toplamışlar. Onlar bu barədə tədbir iştirakçılarına geniş məlumat verdilər. Layihə üzrə hər sinif hazırladıqları işləri təqdim etdi. Təqdimat çox maraqlı keçdi. Şagirdlər Azərbaycanımızın zəngin bitkiləri haqda videoçarxlar nümayiş etdirdilər, tapmacalar, atalar sözləri söylədilər və rollu oyunlar təqdim etdilər. Tədbirin sonunda məktəbin direktoru Nihal Hacıyeva çıxış edərək maraqlı və hamı üçün faydalı olan layihə hazırladıqlarına görə müəllim və şagirdlərə öz təşəkkürünü bildirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi