Nanoquruluşlar və nanotətbiqlər

Nanotexnologiyanın ən mühüm tətbiq sahələrindən biri tibdir və əsasını sağlamlıqda, həmçinin əczaçılıqda əhəmiyyətli məhsulların istehsalı təşkil edir. Bu texnologiya əsasında hüceyrə hətta ondan kiçik ölçüdə cihazların yaradılması mümkündür. Hazırlanan bu cür məhsullar bədənimizin hər bir yerinə nüfüz etməklə müşahidə etməyə və yaranan problemləri aradan qaldırmağa imkan verir. Xəstəliklərin diaqnozu zamanı müxtəlif tibbi aparatlardan istifadə edilsə də, əksər hallarda hüceyrə səviyyəsində baş verən problemləri görmək imkanı olmur. Hazırda nanotexnologiya ilə yaradıla bilən çox kiçik ölçülü cihazlar vasitəsilə orqanizmin hər bir hissəsinə nüfuz etməklə  xəstəlikləri asanlıqla aşkar etmək mümkündür.

Sağlamlıqla bağlı yaranan problemlər zamanı qəbul edilən dərman pereparatları yalnız göstəriş olan sahəyə deyil, bütün orqanizmə yayılmış olur ki, bu zaman müxtəlif əks-təsirlər müşahidə olunur. Nanotexnologiya əsasında istehsal olunan “Ağıllı dərmanlar” yalnız nəzərdə tutulan problemi həll etməklə yanaşı, yarana biləcək əks-təsirlərin həmçinin müalicə üçün tələb zamanın qısalmasına səbəb olur.

Təbiəti qorumaq hər birimizin borcudur. Şagirdlərimiz quşların əlverişsiz havadan və yırtıcı heyvanlardan qorunması üçün quş yuvası hazırladılar. Quş yuvasını günəşin və yağışın mənfi təsirindən qorumaq üçün yuvanı suyadavamlı boya ilə rənglədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi