Ümummilli lider Heydər Əliyevin anım günü

Dekabrın 12-də məktəbdə ulu öndər, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Sən elə bir zirvəsən" dəyirmi masa keçirilmişdir. Məktəbin VII, VIII, IX və XI sinif şagirdlərinin hazırladıqları elmi məruzələr tədbir iştirakçılarının marağına səbəb oldu. Tarix müəllimi Günay Allahverdiyeva şagirdlərə dahi öndərin siyasi fəaliyyəti və həyatından çox maraqlı məlumatlar verdi. Tədbir H.Əliyevə həsr olunmuş videoçarxlarla davam etdirildi. Məktəbin direktoru Nihal Hacıyeva tədbirin sonunda H.Əliyevin həyat yolu və yaradıcılığı haqqında təəssüratlarını şagirdlərlə bölüşdü.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi