“Kim daha zəkalıdır” intellektual bilik yarışı
Məktəbimizdə 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi ilə birgə yaradılan “Riyazi məntiq” dərnəyinin üzvləri arasında intellektual yarış keçirildi. Dərnək rəhbəri Təranə Siracova “Kim daha zəkalıdır” intellektual yarışını ümummilli lider Heydər Əliyevin Anım Gününə həsr etdi. Komandalar məntiqi tapşırıqları həll etdi, sualları cavablandırdılar. “Zirvə” – l yer, “Zəka” – ll yer, “Xəzər” – lll yerin qalibi oldular. Məqsəd gələcəyin məntiqi və yaradıcı təfəkkürünə sahib insan resurslarını yetirməkdir.