Milli xalçalarımızın tarixinə ekskursiya
Tarix müəllimi Şəbnəm müəllim "Təbriz və Ərdəbil" dərsini Azərbaycan Milli Xalça Muzeyində davam etdirdi. Dərslikdə Təbrizdə toxunan "4 fəsil xalçası"nin şəkli verilmişdi və muzeydə də bu xalça numayiş etdirilirdi. Bu xalçanı əyani şəkildə gordukləri üçün usaqlar xüsusilə sevindilər.
Muzeydə xalçaçıliq sənətinin çox qədim kökə malik olduğu haqqında məlumat verildi, XVll əsrə aid qədim xalçalar nümayiş etdirildi. Muzeydə olan ən qədim xalçalardan biri "əjdahali" xalçası idi ve 2013 cu ildə Çikaqo Şərq xalçası və tekstil şirketinin rəhbəri mərhum Qrover Şiltsin həyat yoldaşi Beverli Şilts tərəfindən muzeyə hədiyyə edilmişdir. Həmçinin 17-ci əsrə aid Şamaxi xalçası da, xüsusilə, diqqət çəkirdi. Bəhs etdiyimiz bu xalça 2017-ci ildə Avstriya hərrac şirkətindən alınaraq muzeyin kolleksiyasına daxil edilmişdir. Və bunlar "Vətənə dönən incilər" layihəsi çərçivəsində muzeyə gətirilib.
Uşaqlar xovlu və xovsuz xalçalarla tanış oldular. Xovsuz xalçalarda - palaz, kilim, cecim, şəddə ilə taniş oldular. Qeyd edildi ki, xalçaların üzərindəki naxişlarin hər birinin öz mənası var, məsələn əjdaha rəsmi suyu, bolluq və bərəkəti təmsil edirdi və inanılırdı ki, bu xalçalar hansı evdən asilardisa, o evə şər qüvvələr gəlməz. Həmcinin cəhrə, sadə toxuculuq dəzgahı ilə də taniş oldu şagirdlərimiz. Hətta dəzgahda xalça toxunurdu, uşaqlar bunun canlı şahidi oldular, maraqla izlədilər.
Bir sözlə, beşincilər xalçanın tarixinə ekskursiya etdilər.