İbtidai sinif müəllimləri ilə metodiki şura
“Dərsdə təşkil olunan fəaliyyətin məqsədə uyğunluğunu” və “Standarta uyğun məqsədin çıxarılması” istiqamətləri üzrə ibtidai təhsil pilləsində dinlənilən dərslərin ibtidai sinif müəllimləri ilə müzakirəsi aparıldı. Dərsdinləmələrin nəticələri ilə müəllimlər tanış oldu. Hər kəs dərsinin güclü və zəif tərəfləri barədə məlumat aldı. Daha yaxşı öyrənmə mühiti yaratmaq məqsədilə fikir mübadiləsi aparıldı. Şagirdlərin yazı bacarıqlarının və riyazi savadlılığının müəyyənləşdirilməsi məqsədilə keçiriləcək məktəbdaxili monitorinqin vaxtı nəzərə çatdırıldı.