Milli Azərbaycan Tarixi Muzeyinə ekskursiya

01. 12. 2016- cı il tarixində məktəbimizin 4a sinif şagirdləri Milli Azərbaycan Tarixi Muzeyinə ekskursiyaya getdilər. Ekskursiyada məqsəd şagirdlərin dünyagörüşünü artırmaq, onlara Azərbaycanın tarixini daha yaxşı mənimsətməkdən ibarət idi. Muzeyin əməkdaşı şagirdlərə muzeyin tarixi haqqında geniş məlumat verdi. Şagirdlərimiz burada qorunan Azərbaycan dövlətçilik rəmzləri, milli geyimlərimiz, əmək alətləri və digər eksponatlarla (sufi əmmamə, gəlin baş bəzəyi, aynalı kəmər, qapalı mis qazan və s. ) tanış oldular. Muzeyə ekskursiya onlarda xoş təəssürat yaratdı.