9-cu siniflər üzrə diaqnostik qiymətləndirmə keçirilmişdir

005. 12. 2016-cı il tarixində məktəbin 9-cu siniflərində Azərbaycan bölməsi üzrə Azərbaycan dili, rus bölməsi üzrə rus dili fənnindən məktəbdaxili diaqnostik qiymətləndirmə keçirilmişdir. Əvvəlcədən fənlər üzrə testlər hazırlanmış (10 açıq, 20 qapalı), qeyri- ixtisas fənn müəllimlərindən nəzarətçilər təyin olunmuşdur. Diaqnostik qiymətləndirmədə 42 nəfər şagird iştirak etmişdir.