2021/2022-ci dərs ilinin son günləri
Cari tədris ilinin son günlərini yaşayırıq. Vaxtaşırı tədrisdə yüksək nəticə göstərən şagirdlərimizi təltif etdik. Bu gün fərqli oldu. Məktəbin ictimai işlərində fərqlənən, əl bacarıqları ilə tarixi hadisələri kağız üzərində canlandıran, rənglər dünyasında xoşbəxt olan şagirdlərimizi təltif etdik. Tərbiyə işləri üzrə direktor müavini Gülnar Qorodayeva bu şagirdlərə “Təşəkkürnamə” lər verdi və onlara “sağ olun!” dedi.
Məqsəd şagirdləri rəğbətləndirmək və uğurlara sövq etmək oldu.