“Məsuliyyəti birgə paylaşaq” – valideynlərlə görüş

Bu gün Təhsil İdarəsi nəzdində Təlimə Dəstək Mərkəzinin psixoloqu Səidə Əhmədovanın iştirakı ilə məktəbimizin valideyn heyətinin görüşü keçirildi. Görüşə l-lX siniflərdə təhsil alan şagirdlərin valideynləri qatıldılar. Səidə Əhmədova uşaqların müxtəlif yaş mərhələlərində psixoloji-emosional vəziyyətindən, valideynlərin övladlarına düzgün münasibətindən, fərdi yanaşmadan, müəllim-valideyn-şagird münasibətlərinin səmərəli təşkilindən danışdı.Görüş qarşılıqlı söhbət, fikir mübadiləsi formasında aparıldı.
Məqsəd valideynləri düzgün tərbiyə üsulları ilə maarifləndirmək və gələcəkdə baş verə biləcək xoşagəlməz halların qarşısını almaqdır.