“Bir millət, iki dövlət, eyni festifal!”

“Texnofest Azərbaycan” Türkiyə Teknoloji Takımı Vakfı, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı ilə 26–29 may tarixlərində ilk dəfə olaraq Bakıda keçirilir. Şagirdlərimiz Teknofest festifalında. Məqsəd aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat kimi sahələrin gənclər arasında təbliği, gənc mühəndislərin bilik və bacarıqlarının inkişafı eləcə də, milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır. Bu gün bu festivalda şagirdlərimiz də iştirak etdilər.