Şuşalı Yurdum. Ədəbi-bədii kompozisiya.

“Şuşa ili” nə həsr olunmuş vətənpərvər-maarifləndirici tədbirlər davam edir. Növbəti tədbir rus bölməsinin Vl “C” sinif şagirdləri tərəfindən keçirildi. “Şuşalı yurdum” adlı ədəbi-bədii musiqili gecədə qonaq qismində valideynlər iştirak etdilər. Tədbir Dövlət Himnimizin səsləndirilməsi və Dövlət Bayrağının səhnəyə gətirilməsi ilə başladı. Bunlar şəhidlərimizin ruhuna ithaf olundu. Vətənpərvər şeirlər, mahnılar səsləndirildi, “Xarı bülbül” kompozisiyası göstərildi.

Məqsəd şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi işinin davamlı təşkilinə nail olmaq, gənc nəslin tariximizə dair biliklərini möhkəmləndirmək, Azərbaycanımızın ərazi bütövlüyü uğrunda şücaət göstərərək şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızı tanıtmaq və onların xatırəsini yad etməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi