Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib

Noyabrın 8-də məktəbimizdə Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirildi. Tədbirdə şagirdlər, müəllimlər və valideynlər iştirak edirdi. Şagirdlər üçrəngli Azərbaycan bayrağının keçdiyi tarixi yolu, bu bayrağın ucalığını, mənəvi mahiyyətini, onun boyalarındakı ideoloji mənanı geniş şəkildə açaraq maraqlı məlumatlar verdilər. Bundan başqa şagirdlər bayraq haqda şeirlər söylədilər, mahnılar ifa etdilər. Tədbirdə 6a sinif şagirdləri xüsusi ilə fərqləndilər. Onlar da digər şagirdlər kimi Vətənimiz Azərbaycanı nə qədər çox sevdiklərini nümayiş etdirdilər. Tədbirin təşkilində valideynlər də yaxından iştirak etmişlər.