Təbiətimizə qayğıyla yanaşaq
22 May – Biomüxtəliflik Gününə həsr olunmuş “Təbiət və Biz” adlı tədbir keçirildi. Tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları: Lalə Hacıyeva və Günel Hökməliyeva qonaq qismində iştirak etdilər. Şagirdlər səhnəciklər göstərdi, mahnılar ifa etdi, təqdimatlar etdilər. Maarifləndirici məqsəd daşıyan musiqili tədbirdə “Təbiətimizi, ekologiyamızı qorumaq dünyamızı qorumaqdır.”- mesajı çatdlrıldı.