Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş yarış keçirildi

Müstəqil Azərbaycan Dövlətinin memarı Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Danışan şəkillər” adlı bədii-intellektual yarış keçirildi. Tədbir rəsmi və bədii hissədən ibarət təşkil olunmuşdu. Rəsmi hissədə məktəbin direktoru Sitarə Abbasova Dahi Şəxsiyyətin xalqımız üçün etdiklərindən və bu siyasətin prezidentimiz İlham Əliyev tərəfindən layiqli davam etdirilməsindən danışdı. AMEA-nın A.A.Bakıxanov adına Tarix institutunun əməkdaşları: “Əliyevşünaslıq” şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Günel Aslanlı və aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru Yaqut Əmirova Heydər Əliyevin Azərbaycan dövlətçilik tarixində müstəsna siyasi fəaliyyətindən məruzə etdilər. V sinif şagirdləri İntellektual yarışda “Danışan şəkillər”in suallarını cavablandırdılar. 3 turdan ibarət olan yarışın hər mərhələsində yuxarı sinif şagirdlərinin ifasında bədii kompozisiyalar təqdim olundu. V “C” sinif komandası l yer, V “A” sinif komandası ll yer, V “B” sinif komandası Ill yerin qalibi oldular.

Məqsəd tariximiz və tarixi şəxsiyyətlərimiz haqqında şagirdlərdə geniş məlumat yaratmaq idi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi