İnteqrativ dərs
VIl “A” sinif şagirdləri ilə fənn müəllimi Yeganə Abbasova Azərbaycan dili fənnindən “Ümumiləşdirici dərs”i “Şuşa ili”nə həsr etdilər. Köməkçi nitq hissələrinə aid öyrəndiklərini Qarabağın tarixi, mədəniyyəti, ədəbiyyatı və florası ilə əlaqələndirməklə təqdim etdilər. Apardıqları araşdırmaları təqdim etdi və qrammatik tapşırıqlar icra etdilər. Komandalar öz liderlərinin sual-cavab “imtahan”ında dəstək göstərdi, maraqlı dərs prosesi nümayiş etdirdilər.