Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinə ekskursiya
Birincilərə Qala kəndində yaşamış qədim insanların həyat tərzi, kurqanlar, sərdabələr, qədim yaşayış evlərinin konservasiya olunmuş qalıqları, qədim qəsr qalıqları nümayiş etdirildi. Onlar ekskursiya zamanı qədim peşələr: dulusçuluq, toxuculuq, çörək bişirmə qaydalarını əyani gördülər. Qaval daş, keramika, qədimi məişət və bəzək əşyaları, qədimi silah və sikkələri gördülər. Nağıllar aləminə səyahət etdilər.