Məktəbdə Mülki Müdafiə Günü qeyd olundu
Məktəbin Mülki Müdafiə İllik Tədbirlər planına uyğun olaraq 28 aprel tarixi məktəbdə Mülki Müdafiə günüdür. Nəsimi rayonu üzrə Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin rəisi Anar Seyidməmmədov və baş zabit kapitan Elgiz Paniyevin qatıldığı “Xüsusi dərs” keçirildi. 2, 5 və 6-cı siniflərdə mülki müdafiə dərslərində öyrənilən bilgiləri şagirdlər təqdim etdi və fövqəladə hallar zamanı nə etməli olduqlarını izah etdilər.
Elgiz Paniyev yanğınsöndürmə balonundan və əleyhqazdan düzgün istifadəni əyani göstərdi. Anar Seyidməmmədov Mülki Müdafiə Fəaliyyət planınına uyğun məktəbdə aparılan işlərlə tanış oldu, lazımi tövsiyələrini verdi.