“Yarımçıq qalmış arzular” – kitab müzakirəsi

Oxu Günündə daha bir siniflə, daha bir kitabın müzakirəsini apardıq. Budəfəki kitab da, müzakirə də fərqli oldu. Aqil Yaşaroğlunun “Yarımçıq qalmış arzular” əsərini mütaliə və müzakirə etdik. 44 günlük Vətən müharibəsindən, bu müharibənin şanlı qələbə ilə sona yetməsində canından keçmiş Vətən oğullarından bəhs edirdi “Yarımçıq qalmış arzular”. Real faktlar əsasında yazılmış əsərdə onlarla şəhidimizin qəhrəmanlığından danışılırdı. Onların şəxsi arzularını böyük və müqəddəs arzuya qurban verdikləri qeyd olunurdu. “Qarabağ Azərbaycandır!” ideyası, həmrəylik, vətənpərvərlik, igidlik, qorxmazlıq təbliğ olunurdu məktəblilərə.

Müzakirənin sonunda ən fəal şagirdlərə Aqil Yaşaroğlunun “Yarımçıq qalmış arzular” kitabı hədiyyə verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi