“Şuşanın tarixi və bu günü” esse müsabiqə
Qərbi Kaspi Universiteti tərəfindən “Şuşa ili”nə həsr olunmuş IX-Xl sinif şagirdləri arasında “Şuşanın tarixi və bu günü” adlı esse müsabiqəsi keçirildi. Müsabiqə informatika kabinetində Microsoft Word proqramında yazılmaqla keçirildi. Qaliblər müəyyənləşərkən həm essenin məzmunu, həm də proqramda meyarlara uyğun yazı bacarıqları nəzərə alınacaqdır. Məqsəd şagirdlərin yazı bacarıqlarını, yaradıcı təfəkkürü, faktları toplamaq bacarığını və İKT savadlılığını artırmaq oldu.