“Narkomaniyaya yox deyək”adlı tədbir

28 oktyabr Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən məktəbdə “Narkomaniyaya yox deyək”adlı tədbir keçirildi. Tədbirdə məktəbin IX- XI sinif şagirdləri iştirak etdilər. Nəsimi Rayon Polis İdarəsinin rəis müavini Vüsal Rüstəmov və digər çıxış edənlər öz çıxışlarında narkotik maddələrin insan həyatına vurduğu ziyandan, onların özlərinin və ailələrinin çəkdikləri əziyyətdən və narkotikdən həyatını itirənlər barədə uşaqlara məlumat verdilər. Tədbirdə vurğulandı ki, bəşəriyyət üçün ən böyük bəlalardan olan narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizə bu gün aktual xarakter daşıdıyır. Yeniyetmə və gənclər üçün böyük təhlükə mənbəyi olan «ağ ölümə» qarşı həyata keçirilən genişmiqyaslı tədbirlərdə əsas məqsəd şagirdlərdə sağlam həyat tərzinin təbliği, narkomaniyanın fəsadlarının nə qədər təhlukəli olduğunu izah etməkdir. Çıxışçılar rayonda yeniyetmə və gənclərin narkomanlıq və digər zərərli vərdişlərlən qorunması üçün aparılan işlər və narkomaniya ilə bağlı respublikamızda və rayondakı vəziyyət barədə ətraflı məlumat verildi, gənc nəslin savadlı, vətənpərvər ruhda boyüməsi, sağlam inkişaf etməsi, zərərli vərdişlərdən uzaq olması üçün görülməli olan işlərdən və qarşıda duran vəzifələrdən danışıldı. Konkret faktlarla narkotika qurbanlarının əvvəlki və sonrakı həyatı barədə, narkomanların törətdikləri müxtəlif cinayətlər, narkomanlığa qurşanmış gənclərin ailələrində yaranan problemlər və onların dağılmalarından şagirdlərə məlumat verildi. Tədbirdə narkomaniyanın fəsadları ilə bağlı slaydlar nümayiş etdirildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi