Kim daha zəkalıdır – məntiq yarışması

1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək rəhbəri Təranə Siracova beşinci sinif şagirdlərindən ibarət dərnək üzvləri arasında “Kim daha zəkalıdır” adlı intellektual yarışı keçirdi. Yarış üç mərhələdən ibarət idi: birinci mərhələdə şifahi xalq ədəbiyyatı incilərindən olan atalar sözləri və tapmacalar, ikinci və üçüncü mərhələlərdə məntiqi məsələlərdən ibarət suallar verildi. Yarışın sonunda 1 nəfər I yer, 1 nəfər ll yer, 1 nəfər lll yer qalibi oldu. Münsiflər heyəti hər 3 mərhələdə ən çox sualı düzgün cavablandıran və ümumi balı çox olan şagirdləri müəyyənləşdirdi.

Məqsəd şagirdlərdə təhlil etmək, sərbəst düşünmək,məntiqi təfəkkürü inkişaf etdirmək, asudə vaxtı səmərəli dəyərləndirmək idi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi