Mina təhlükəsizliyi barədə maarifləndirici işlərin Hesabat Tədbiri

28 fevral 2022-ci il tarixdə Təhsil Nazirinin F-416 nömrəli əmrinə uyğun “Təhsil müəsssisələrində müəllim-şagird heyətinin partlayış təhlükəsinə qarşı maarifləndirməsi barədə metodiki tövsiyələr”ə dair Hesabat Tədbiri keçirildi.

Tədbirdə qonaq qismində Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinin baş məsləhətçisi Rövşən Ağayev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri Günay Qurbanova, Nəsimi Rayonu İcra Hakimiyyətinin başçısının müavini Gülarə Verdiyeva, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin minalardan təmizləmə qrupunun rəhbəri baş leytenant Süleyman Heydərov, Nəsimi Rayonu üzrə Fövqəlada Hallar və Mülki Müdafiə şöbəsinin rəis köməkçisi Elgiz Panıyev, Hərbi ekspert polkovnik-leytenant Ruslan İmamquliyev və qazi müəllimlər iştirak edirdilər. BŞTİ-nin tabeliyində olan təhsil müəssisələrinin çağırışaqədərki hazırlıq fənni üzrə metodist Qılman Eyvazov, hərbi rəhbərlər, valideynlər və həyat bilgisi fənn müəllimləri tədbir iştirakçıları idilər.

Tədbirdə Qılman Eyvazov müvafiq əmrə uyğun Bakı şəhəri təhsil müəsssisələrində görülən işlərdən danışdı.Süleyman Heydərov mina və partlamamış hərbi sürsatlardan necə qorunmalı və təhlükəsizlik qaydaları barədə ətraflı məlumat verdi. Ruslan İmamquliyev hərb sənətinin ilkin sirlərinin öyrənilməsində çağırışaqədərki hazırlıq fənninin əhəmiyyətindən danışdı.Qazi müəllim Eldəniz Niftiyev döyüş təəssüratlarını iştirakçılarla bölüşdü. 247 nömrəli məktəbin X-Xl sinif şagirdlərinin “Yaşa Azərbaycan!” kompozosiyası ilə tədbir sona çatdı. Xatirə şəkli çəkdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi