Azərbaycan Xalqı Xocalı Soyqrımını Əsla Unutmayacaq!
“Ağrını hiss edə bilirsənsə canlısan, başqasının ağrısını hiss edirsənsə insansan”. İnsanlık tarixinin bəlkədə ən qəddarcasına törədilmiş, bir gecədə insanların ağla sığmaz vəhşilik və işgəncələrə məruz qalmış, ömürlərinin sonuna kimi yaddaşlarına həkk olmuş faciədir Xocalı faciəsi. Ən önəmlisi isə bütün dünya buna susurdu. 1992-ci il Fevralın 25-26 keçən gecə Ermənistan ordusu (dırnaq arası ordusu) bəşəriyyət tarixinin ən böyük faciəsini törətdi. Bu faciyəki bir gecede 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri qoca olmaqla 613 nəfər qətlə yetirildi. Bu faciə elə bir faciə idiki 8 ailə tamamilə məhv edilmiş, 24 uşaq hər iki valideynini, 130 usaq isə valideyinlərindən birini itirmişdir. 56 nəfər isə xüsusi amansızlıqla (başları kəsilmiş, diri-diri yandırılmış, körpə uşaqların gözləri çıxarılmış, dəriləri soyulmuş) qətlə yetirilmişdir. 1275 nəfər isə əsir götürülmüş və əsirlik müddətində amansızcasına işgəncələrə, təhqirlərə məruz qalmışdırlar. Bu əsirlərdən 1003 nəfər Milli Qəhrəmanımız Allahverdi Bağırovun təşəbbüsü ilə geri alınmışdır. Ermənistan dövlətinin hücumları nəticəsində 20% torpaqlarımız işğal edilmişdir. 30 ilə yaxın bir müddət ərzində torpaqlarımız erməni tapdağında qalmış ve bu ərazilər ermeni vandalizminə məruz qalmışdır. 2020-ci il 27 Sentyabr Azərbaycan Respublikasının prezidenti Ali Baş komandanimizi İlham Əliyevin əmri ilə başlayan və 44 gün davam edən Vətən müharibəsində tarix yazan və misli görünməmiş cəsarət göstərən ordumuz öz torpaqlarımızda, döyüş meydanında erməni əsgərlərin məhv edərək bu qısası aldı.Birdənə də olsun mülki şəxsə gülə atılmadı çünki biz uşaq qatılı deyildik və tək bir amalimiz var idi torpaqlarımız azad ediləcək şəhidlərimizin qisası alınacaq. Buna baxmayaraq məğlub olacağını görən Ermənistan rəhbərliyi yenə hiyləyə əl atdı. Gəncədə Bərdədə terrorlar törətdi məsum insanları, körpələri qətlə yetirdilər. Lakin bunların heç biri dəmir yumruq ətrafında birləşən xalqımızın, ordumuzun əzmini qıra bilmədi və bunun nəticəsində Zəfər çalan ordumuz şəhidlərimizin, Xocalıda vəhşicəsinə qətlə yetirilən işgəncələr məruz qalan insanlarımızın qanını yerdə qoymadı.
Xocalı soyqırımı erməni silahlı birləşmələrinin Azərbaycana hərbi təcavüzünün kulminasiya nöqtəsi idi. Aylarla mühasirədə saxlanılan bu şəhər erməni faşistləri və onların havadarları tərəfindən bir gecənin içində yerlə yeksan edildi. Bu qanlı aksiya zamanı dinc əhaliyə amansızlıqla divan tutuldu, 613 nəfər qətlə yetirildi, meyitlər təhqir olundu, 1275 nəfər girov götürüldü. 150 nəfərin isə taleyi hələ də məlum deyildir. Qətlə yetirilənlərin 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri ahıl və qoca idi. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Soyqırımı zamanı 56 nəfər xüsusi qəddarlıqla öldürüldü, insanlar diri-diri yandırıldı, başlarının dərisi soyuldu, bədən əzaları kəsildi, gözləri çıxarıldı, hamilə qadınların qarnı süngü ilə yarıldı.
Qaranlıq müdhiş gecədə çöllərə, meşələrə üz tutan Xocalı sakinləri müsibətlərlə qarşılaşdılar. Çarəsiz ana öz qucağında 6 aylıq körpəsini boğdu. Qız-gəlinlərimiz girov götürüldü.
Azğınlaşmış erməni cinayətkarları azərbaycanlıları xüsusi amansızlıqla, işgəncə verərək öldürürdülər. Ermənilər mühasirədən çıxıb qaçmağa müvəffəq olmuş xocalılıları yollarda, keçidlərdə, meşələrdə pusqu quraraq tutur, görünməmiş vəhşiliklə qətlə yetirirdilər.
Xocalı faciəsinin beynəlxalq səviyyədə soyqırımı kimi tanıdılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyeva tərəfindən 2009-cu ildə irəli sürülmüş “Xocalıya ədalət” beynəlxalq kampaniyasının mühüm rolu olmuşdur. Hazırda dünyanın 100-dən çox nöqtəsində uğurla həyata keçirilən bu kampaniya çərçivəsində görülən işlərin nəticəsində İslam Əməkdaşlıq Təşkilatının üzvü olan 56 ölkənin parlament nümayəndə heyəti bu il yanvarın 31-də Xocalı faciəsini beynəlxalq səviyyədə soyqırımı kimi tanımışdır. Pakistan və Meksikanın parlamentlərində bu qətliamın soyqırımı aktı kimi tanınması barədə qətnamə qəbul edilmişdir. ABŞ-ın və Kanadanın bir sıra ştatları və şəhərləri Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyan qətnamə və proklamasiyalar qəbul etmişlər. 2010-ci il fevralın 25-də ABŞ-ın Massaçusets ştatının nümayəndələr palatası Xocalıda qırğın törədilməsi faktının tanınması haqqında qətnamə qəbul etmişdir. Bu günlərdə isə Amerikanın Texas ştatı Ermənistan tərəfindən Xocalıda çox ağır cinayətlər törədilməsi faktını tanımışdır. Bu ştatın nümayəndələr palatası tərəfindən qəbul edilən 535 nömrəli qətnamədə Azərbaycanın bu şəhərinin erməni işğalından qaçaraq yaxa qurtarmağa çalışan dinc sakinlərinin Ermənistan silahlı qüvvələri və keçmiş sovet ordusunun 366-cı alayının hərbi qulluqçuları tərəfindən qırğına məruz qalması pislənilir. Qətnamədə qeyd edilir ki, “Human Rights Watch” təşkilatı bu aksiyanı hərbi əməliyyatlar zonasında dinc sakinlərə münasibət haqqında konvensiyanın pozulmasından ibarət cinayət kimi tanımışdır.
Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad etmək və erməni faşistləri tərəfindən insanlığa qarşı törədilmiş bu vəhşi cinayəti yenidən dünya ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədi daşıyan bu izdihamlı yürüş bir daha sübut etdi ki, xalqımız tarixinə qanla yazılmış bu faciəni unutmayacaqdır.
Sitarə Abbasova
Nəsimi rayon 247 saylı tam orta məktəbin direktoru