Sinif nümayəndələri ilə görüş
Məktəbin direktoru Sitarə Abbasova V-Xl siniflərin sinif nümayəndələri ilə görüş keçirdi.
Onların vəzifə funksiyaları: sinfin daxili nizam-intizam qaydalarına riayət, sinif növbətçilərinin, təmizlik nümayəndələrinin fəaliyyəti, şagirdlərarası münasibətin sağlam olması barədə maarifləndirici söhbət apardı.
Şagirdlərin istək və arzuları haqqında sinif nümayəndələrinin fikirlərini dinlədi. Onlar maraqlı təkliflər etdilər. Həvəskar qruplar yaratmaq, sinif “Oxu köşəsi” yaratmaq, gəzintilər təşkil etmək, ayda bir dəfə görüş keçirib müzakirələr aparmaq, məktəb qəzeti hazırlayıb hər sinfin aylıq fəaliyyətini orada yayımlamaq kimi təlim-tərbiyə prosesinə müsbət təsir göstərəcək təkliflərini bildirdilər.