Xəlil Rza Ulutürkün “Həyat düşüncələri”

Xalq şairinin 90 illik yubileyinə həsr edilmiş dəyirmi masada Xəlil Rza Ulutürkün həyat yolu, yaradıcılığı, istiqlal şeirləri, məğrur şair mənliyi şagirdlərin ifasında təqdim olundu. Gülnar müəllimə şairlə birgə çalışdığı illərdəki xatirələrini şagirdlərlə bölüşdü. Xəlil Rzanın şeirlərindəki vətənpərvərliyin onun azad ruhunun hayqırtıları olduğunu vurğuladı. Şagirdlər sonda şairin “Həyat düşüncələri” şeirini səsləndirdilər:

İtib-batmaq üçün yaranmamışam.

Dünənəm! Bu günəm! Gələcəyəm!

Bir gün bu dünyadan getsəm də, nə qəm,

Dünyaya təzədən gələcəyəm MƏN!

“...Onu fərqləndirən mühüm cəhət yaradıcılığının milli məzmun, milli ruha bağlı olmasıdır. Buna görə də bəziləri onu millətçi adlandırırdılar. Mənim fikrimcə, o, millətçi yox, həmişə millətini sevən, millətinin azadlığı uğrunda mübarizə aparan şairdir” – ulu öndər Heydər Əliyev Xəlil Rza Ulutürk yaradıcılığını və şəxsiyyətini belə dəyərləndirmişdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi