Tədris dili fənn aylığı
Fevral ayı tədris dilinin təlim nailiyyəti keyfiyyətinin yoxlanılmasına həsr olunub. Azərbaycan dili fənninin tədrisi vəziyyəti Azərbaycan bölməsində və dövlət dili kimi rus bölməsində yoxlanılır. Rus bölməsində rus dili fənni yoxlanılır. Dərsdinləmələr aparılır. Şagirdlərin mövzunu necə mənimsəmələri müşahidə olunur. Müasir təlim üsulları ilə, səmərəli əks-əlaqə qurulmaqla dərsin təşkili diqqətdə saxlanır.
Məqsəd tədris dilinin və dövlət dilinin tədrisi keyfiyyətini yüksəltməkdir.