“20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir” adlı “Xüsusi dərs”lər keçildi
20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr edilmiş “20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir” adlı “Xüsusi dərs”lər keçildi. İlk dərslərdə fənn müəllimləri 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə baş verən tarixi faciədən, ümummilli liderimiz Heydər Əliyev tərəfindən bu faciəyə ilk dəfə verilən siyasi qiymətdən, bu tarixin müstəqillik, özünəqayıdış yolunda mühüm əhəmiyyətindən, faciə qurbanlarından danışdılar.
Məqsəd şagirdlərdə tarixi hadisələrə rəy vermək bacarığı formalaşdırmaq, müstəqillik tariximiz haqqında məlumatı artlrmaq, vətənpərvərlik duyğuları aşılamaq oldu.