20 Yanvar 1990-cı il. Tarixi yaddaş.
Bu gün “Şəhidlik zirvəsi” adlı məktəbdaxili tədbir keçirildi. Tədbir 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr edildi. Tarix müəllimi Günay Allahverdiyeva milli müstəqillik istəyi ilə Azadlıq meydanına axışan xalqımıza qarşı 1990-cı ilin yanvarının 19-dan 20-nə keçən gecə keçmiş SSRİ rəhbərliyi tərəfindən törədilən acımasız qətliamdan, bu qətliamın səbəblərindən bəhs edən tarixi məlumatlar verdi. Tədbirin bədii hissəsində şagirdlər həmin gecə şəhid olan azadlıq mücahidlərindən danışdı, onların bugünkü müstəqilliyimizin fədailəri olduğunu, ruhlarının Azərbaycan səmalarında var olduğunu bildirdilər. Şeirlər səsləndirdilər.
Məktəbin direktoru Sitarə Abbasova şagirdlərə tariximizi, coğrafiyamızı və ədəbiyyatımızı dərindən bilməyi tövsiyə etdi. Çünki Vətənə sevgi onu tanımaqdan başlayır, – dedi.
Tədbirdən sonra Sitarə xanım tədbir iştirakçıları ilə Şəhidlər xiyabanını ziyarət etdi. 20 Yanvar faciəsi haqqında maarifləndirici broşürlər digər ziyarətçilərə tərəfimizdən paylandı.
Məqsəd şagirdlərdə vətənə sevgi və şəhidlərimizin xatirəsinə hörmət hisləri aşılamaq, tarixi bilgiləri artırmaq idi.