Həftənin icmalı - faydalı oxu
Həftə ərzində lI və lll siniflərdə şagirdlərin düzgün oxu bacarıqları və sinifdənxaric oxu vərdişləri yoxlandı. Azərbaycan xalq nağılı “Bostançı və Şah Abbas” nağılının məzmun və ideyası üzərində iş aparıldı. Dürüstlük, cəsarətli olmaq, hazırcavablılıq, çətin vəziyyətdən necə çıxmaq kimi keyfiyyətlər obrazları təhlil etməklə şagirdlərə təbliğ olundu. Düzgün tələffüzlə oxumaq, boxuduğunu anlamaq, sürətli oxumaq kimi bacarıqlar yoxlanıldı. Faydalı oxu qaydaları haqqında şagirdlərə məlumat verildi.