Qənaətcil olmağın faydaları
Tərbiyə işləri üzrə direktor müavini Gülnar Qorodayeva V “B” sinif şagirdləri ilə debat keçirdi. Qənaətcil olmaq, necə qənaət etmək, nələrə qənaət etmək, qənaət etməyin faydaları haqqında təzadlı fikirlər söylədi və şagirdlərin münasibətini öyrəndi. Sonda hamı bu nəticəyə gəldi ki, istifadə etdiyimiz hər şeydə qədəri bilməli, çevrəmizdəki digər insanları da düşünməli, israfçılıq etməməliyik.
“Bir inci saflığı varsa da, suda,
Artıq içiləndə dərd verir o da.”
Nizami Gəncəvi.
Aforizmi debatın açar ifadəsi oldu.