“Həmrəy olaq” əyləncəli müsabiqə

Dünya Azərbayvanlılarının Həmrəylik Gününə və Yeni ilə həsr olunmuş V siniflər arası əyləncəli müsabiqə keçirildi.
Siniflər 3 mərhələdə: yaradıcı iş, musiqili saat və bayram süfrəsi nominasiyalarında yarışdılar.
Verilmiş vaxt ərzində komanda həmrəyliyi göstərdilər. Kimi əl işi hazırladı, kimi mahnı oxudu, kimi rəqs etdi. Amma üçüncü mərhələdə hamı bayram süfrəsi ətrafında cəm oldu. Bu milli həmrəyliyimizin, ailə birliyimizin təsdiqi oldu.
Şagirdlərdə sağlam rəqabət aparmaq, birgə işləmək, müstəqil təqdim etmək bacarıqları inkişaf etmiş oldu. Bütün siniflər diplomlarla təltif olundu.