Yarat Müasir İncəsənət Mərkəzində bir gün
Məktəbimizdə “Gənc diyarşünaslıq” dərnəyi fəaliyyət göstərir. Dərnəkdə V sinif şagirdlərimiz yurdumuzun tarixi-mədəni irsi barədə ətraflı məlumatlar alırlar. Dərnək rəhbəri Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin müəllimi Cəmilə Hüseynova bu gün dərnək üzvlərini müasir incəsənət məkanı olan Yarat Müasir İncəsənət Mərkəzinə apardı. Mərkəzdı şagirdlər əyləncəli və zəngin maarifləndirici bilgilərlə dolu gün keçirdilər, Mir Nadir Zeynalovun əsərlərini seyr etdilər. Məntiqi oyunlar oynadılar.