Elin sənətkarı Dədə Ələsgər
El sənətkarı Aşıq Ələsgərə həsr olunmuş “Aşıq Ələsgər yaradıcılığında müasirlik” adlı “Xüsusi dərs” oldu. IX “B” sinif şagirdləri dərsə cəlb olundu.
Ədəbiyyat müəllimi Xuraman Mehdiyeva aşıq sənəti, Aşıq Ələsgəri yetirən XlX əsr Azərbaycan mədəni mühiti haqqında məlumat verdi. Şagirdlər aşığın qoşma, müxəmməs, təcnislərini səsləndirdi, ideya-məzmunu təhlil etdi, aşıq ədəbiyyatına el sənətkarının gətirdiyi yenilikləri qeyd etdilər. Ustadnamələrindəki öyüd-nəsihətləri müasir dövrlə əlaqələndirdi, gözəlləmələrindəki milli ruhun, ictimai lirikasındakı haqsızlığa qarşı etirazın hələ də aktuallığını itirmədiyi qənaətinə gəldilər.