Məktəbdaxili monitorinq nəticələri təhlil olundu
lll və lV siniflərdə tədris dilindən aparılan məktəbdaxili monitorinq nəticələri təhlil olundu. Məktəbin direktoru Sitarə Abbasova hər sinfin təhlil nəticələri ilə sinif müəllimlərini tanış etdi. Şagirdlərin yazı işlərini sinifdaxili müzakirə etmək və çatışmazlıqları aradan qaldırmaq üçün sinif müəllimlərinə verdi. Təlim nəticələrinin yaxşılaşdırılması üçün müzakirələr aparıldı. Dərsdənkənar məşğələ saatlarında şagirdlərin yazı bacarıqlarının inkişaf etdirilməsi istiqamətində tövsiyələr verildi.