"Peşələrin əlifbası" oyunu
Məktəbimizin tərbiyə işləri üzrə direktor müavini Gülnar Qorodayeva və uşaq birliyi rəhbəri Günel Daşdəmirova tərəfindən I “C” sinif şagirdləri ilə “Peşələrin əlifbası” oyunu keçirildi. Məqsəd birincilərdə “Peşə nədir?”, “Hansı peşələr var?”, “Müxtəlif peşə adamlarını nələr fərqləndirir?”, “Peşə adamları nələrdən istifadə edir?” kimi ilkin peşə bilgiləri yaratmaq oldu.
Şagirdlər komandalara bölündü. Hər bir komanda mövzuya uyğun bir marşrut tapşırıq vərəqəsi aldı. Mərhələli şəkildə komandalar onlara verilən tapşırıqları ayrılmış dəqiq vaxt ərzində yerinə yetirdilər. Düzgün tamamlanmış hər tapşırıq üçün şagirdlər bal aldılar. Marşurutun sonunda ən çox bal toplamış komanda qalib oldu. Sonda müvafiq sualların cavabını və bütün peşələrin lazımlı olduğunu öyrəndilər. Təki o peşənin peşəkarı olasan.