Tədris dili üzrə təlim nəticələrinin monitorinqi
İbtidai sinif şagirdlərinin düzgün yazı bacarıqlarını və dil qaydalarını tətbiq edə bilmə bacarıqlarını yoxlamaq məqsədilə bu gün III və IV siniflərdə məktəb rəhbərliyi tərəfindən yoxlama imla yazdırıldı. Azərbaycan dili və rus dili müəllimləri tərəfindən imla mətnləri oxundu, qrammatik tapşırıqlar verildi. Yazılar yoxlanmaq üçün işçi komissiyaya təqdim edildi. Nəticələr təhlil olunub, zəif tərəflər müəyyənləşəcək və şagirdlərin nəticələrinin yaxşılaşdırılması istiqamətində məqsədyönlü işlər görüləcəkdir.