15 sentyabr-"Bilik günü" nü əsaslı təmir olunmuş məktəbdə qeyd etdik

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 7-də Bakının Nəsimi rayonundakı 247 nömrəli tam orta məktəbdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış oldu. Dövlət başçısı məktəbin sinif otaqlarına, fənn kabinələrinə, akt və idman zalına baxdı. Məktəbdə müasir tələblərə cavab verən fənn kabinələri və sinif otaqlaı,idman zalı, stadion, yeməkxana, akt zalı əsaslı təmirdən sonra müəllim və şagirdlərin istifadəsinə verilib. Məktəbimizin binası 1969-cu ildə birtipli layihə əsasında tikilmiş, 4 mərtəbəli 1 korpusdan ibarət 700 yerlikdir. Təhsilə olan diqqət və qayğıya, məktəbdə yaradılan şəraitə görə cənab Prezidentə öz dərin təşəkkürümüzü bildiririk. 15 sentyabr "Bilik günü"ndə müasir standartlara uyğun təmir olunmuş məktəbi müəllim və şagirdlərimiz hədsiz sevinclə qarşıladılar. "Bilik günü"nə həsr olunan tədbirlərdə iştirak edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov məktəbin kollektivini yeni dərs ilinin başlanması münasibəti ilə təbrik edib, onlara təhsildə uğurlar arzuladı. Məktəbimizin təmirində əmək sərf edən bütün insanlara oz dərin minnətdarlığımızı bildiririk.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi