Qələbən mübarək, AZƏRBAYCAN!
Bu gün 1 “B” sinif müəllimi Əlisahibli Fəridə, 2 “B” sinif müəllimi İbrahimova Naidə, 2 “C” sinif müəllimi Qafarova Cəmilə, 9 “B” ingilis dili müəllimi İbrahimova Aybəniz 8 noyabr Zəfər Gününə həsr edilmiş “Xüsusi dərs” lər keçdilər. Qələbəyə gedən yoldan, Azərbaycan ordusunun döyüş taktikasından, xalq-dövlət birliyindən, vətənpərvər oğul yetirən analardan, Azərbaycan-Türkiyə qardaşlığından danışdılar. Şagirdlərimizin Vətən qarşısında borcundan söz açdılar.
Tarix müəllimi Allahverdiyeva Günay isə “Tariximizə səyahət” adlı 8 “A” və 8 “B” sinif şagirdləri arasında bilik yarışı keçirdi.Azərbaycan dövlətinin iqtisadi-siyasi tarixinin ən çox inkişaf etdiyi XVI -XVII əsr və XXI əsrin müqayisəli təhlilini apardı.
Görülən işlərdə məqsəd şagirdlərimizə vətənpərvəlik tərbiyəsi, milli qürur hisləri aşılamaq idi.